44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Vətən müharibəsində döyüş həm hərbi cəbhədə, həm də siyasi cəbhədə gedirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, birinci mənbədən - Azərbaycan Prezidentindən alırdı. Və nəhayət, 30 ildə hər kəsin gözlədiyi şad xəbəri məhz Cənab Prezidentimizdən aldıq. Bu xəbər bütün dünyada Azərbaycanın gücündən xəbər verdi. Qarabağ müharibəsi Azərbaycanın gücünü, müasirliyini göstərdi. Qələbəmizi bütün dünyaya bəyan edəndən sonra “Zəfər günü”müzü qeyd etdik. İndi isə bu Zəfərdə əldə edilən qənimətləri böyük həvəslə nümayiş etdiririk. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xarici müraciətlərdən ibarət hissələr, əldə edilən bütün qənimətlər Hərbi Qənimətlər parkında nümayiş etdirilir. Düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü, bir daha düşmənin məğlubiyyətini sübut etdi. Bəli, düşmən ölkə çox deyirdi ki, "bizim tanklarımız Bakıda olacaq”, belə də oldu. Bu gün biz fəxrlə deyə bilərik ki, bizim Dahi Rəhbərimiz var. Bizim güclü, rəşadətli ordumuz var. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Ali Baş Komandanımıza! Eşq olsun Rəşadətli Azərbaycan ordusuna!Sevda Məmmədova,Xocalı rayonundan məcburi köçkün